Cəmiyyət

Səhiyyə Nazirliyi ürək-damar xəstəliklərindən əziyyət çəkənlərə müraciət edib

“Ürək-damar xəstəliklərindən əziyyət çəkənlər fəsildən asılı olmayaraq daim nəzarət altında olmalıdırlar”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, kardioloq İlqar Tahiroğlu deyib.

Onun sözlərinə görə, yaz-yay fəslində həmin xəstəliklərdən əziyyət çəkənlərin Günəş şüaları altında qalması, eləcə də isti havada çox vaxt keçirməsi tövsiyə olunmur: “Həmin xəstələr yaz aylarında mümkün olduğu qədər isti hava altında qalmamalı, çoxlu maye qəbul etməlidirlər. Həmçinin dərmanları vaxtı-vaxtında qəbul etmələri tövsiyə olunur.

Soyuq aylarda isə damarlarda spazm yaranır. Bu da meydana gələcək infarkt riskini artırmış olur. Stendi olan şəxslərdə isə vəziyyət daha təhlükəli olur”.

Nazirlik rəsmisi əlavə edib ki, COVID-19 infeksiyası bütün bədənə təsir edir: “Ürək də bundan ziyan çəkmiş olur. Şəkərli diabet, ürək çatışmazlığı xəstələrindən də yan keçmir. Aretmiya pozğunluğu olanlar bundan əziyyət çəkə bilər. Həmin şəxslər daha diqqətli olmalıdır”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button