Cəmiyyət

Şəhid Səid Rəşidzadənin barelyefinin açılışı olub

Nərimanov rayonu 207 saylı tam orta məktəbdə Vətən müharibəsi şəhidi, Baş leytenant Səid Rəşidzadənin barelyefinin açılışı olub.

APA-nın xəbərinə görə, tədbirdə şəhidin yaxınları, millət vəkilləri, İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib. Tədbiri açan Yazıçılar Birliyinin katibi Rəşad Məcid şəhid Səid Rəşidzadənin keçdiyi döyüş yolundan danışıb. Millət vəkilləri Adil Əliyev, Sabir Rüstəmxanlı və Aqil Abbas çıxışlarında 44 günlük Vətən müharibəsində qazanılan qələbədən danışıb və bu qələbənin şəhidlərin və qazilərin sayəsində əldə olunduğunu vurğulayıblar. Mərasimdə Vətən müharibəsinin qəhrəmanları, qazilər də çıxış edib.

Sonra məktəbin şagirdləri tərəfindən şəhid Səid Rəşidzadəyə həsr olunmuş kompozisiya təqdim olunub.

Qeyd edək ki, Səid Nofəl oğlu Rəşidzadə 1990-cı il yanvarın 28-də Füzuli rayonunun Horadiz şəhərində anadan olub. Səid Rəşidzadə 1996-2007-ci illərdə Nərimanov rayonunda S.Yolçuyev adına 207 nömrəli tam orta məktəbdə təhsil alıb. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə təhsilini davam etdirib. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib. O, 2016-cı ildə “Aprel döyüşləri” zamanı general Polad Həşimovla çiyin-çiyinə döyüşüb. Bir neçə il əvvəl Azərbaycan Ordusundan tərxis olunsa da, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində könüllü olaraq döyüşlərə yollanıb.

Səid Rəşidzadə oktyabrın 11-də Hadrut qəsəbəsində Azərbaycan Bayrağını yüksəkliyə sancan zaman şəhid olub. Füzuli rayonunda dəfn olunub. Ölümündən sonra “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən Uğrunda” medalları və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Şəhid Səid Rəşidzadənin barelyefinin açılışı olub- FOTO Şəhid Səid Rəşidzadənin barelyefinin açılışı olub- FOTO Şəhid Səid Rəşidzadənin barelyefinin açılışı olub- FOTO Şəhid Səid Rəşidzadənin barelyefinin açılışı olub- FOTO Şəhid Səid Rəşidzadənin barelyefinin açılışıŞəhid Səid Rəşidzadənin barelyefinin açılışı olub- FOTO Şəhid Səid Rəşidzadənin barelyefinin açılışıŞəhid Səid Rəşidzadənin barelyefinin açılışıŞəhid Səid Rəşidzadənin barelyefinin açılışı olub- FOTO Şəhid Səid Rəşidzadənin barelyefinin açılışıŞəhid Səid Rəşidzadənin barelyefinin açılışı olub- FOTO Şəhid Səid Rəşidzadənin barelyefinin açılışı olub- FOTO Şəhid Səid Rəşidzadənin barelyefinin açılışıŞəhid Səid Rəşidzadənin barelyefinin açılışı olub- FOTO Şəhid Səid Rəşidzadənin barelyefinin açılışıŞəhid Səid Rəşidzadənin barelyefinin açılışıŞəhid Səid Rəşidzadənin barelyefinin açılışı olub- FOTO Şəhid Səid Rəşidzadənin barelyefinin açılışı olub- FOTO Şəhid Səid Rəşidzadənin barelyefinin açılışı olub- FOTO

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button