CəmiyyətManşet

Şəhid bulağının kranını qıran şəxsi döydülər, qulağını kəsdilər – təfsilat

Samux rayonunun Füzuli kəndində 25 yaşlı gənc döyülərək, qulağı kəsilib. İTV telekanalı xəbər verir ki, Samux rayon Kolayır kənd sakini, 25 yaşlı Mirzaman Əliyev bir neçə nəfər tərəfindən yaşadığı kənddən Füzuli kəndinin ərazisinə aparılıb.

Orada gənci döyən şəxslər onun qulağının birinin yarıdan çox hissəsini kəsiblər.

Baş və üz nahiyəsindən ağır zərbələr alan gənc tanınmaz hala düşüb.

Samux RPŞ-nin əməkdaşları təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirərək vətəndaşa xəsarət yetirən şəxslərin kimliyini müəyyən edib.

DİN-in mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məsələ barədə KİV-lərə bildirib ki, Mirzaman Əliyev rayonun Füzuli kəndində yerləşən “Şəhidlər bulağının” su kranını qırdığına görə həmin kəndin sakinləri Rahib Bayramlı, Nərman Qələndərli, Həsrət Qəmbərli və Rüfət Əliyev tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri yetirilib. Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib, hazırda araşdırmalar davam etdirilir.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button