GündəmManşet

Şəhid Ayaz Nəzərov dəfn olundu -yenilənib

Şəhid olan Ayaz Azər oğlu Nəzərov Tovuz rayonunda dəfn olunub. Şəhid doğulub, boya-başa çatdığı rayonun Bozalqanlı kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Yaylım atəşi açılıb, şəhidin tabutu üzərində olan üçrəngli şanlı bayraq şəhidin ailəsinə verilib.

Allah rəhmət etsin!

***

Tovuz rayonunun Bozalqanlı kəndində Şəhid Ayaz Nəzərovla vida mərasimi keçirilir.

Vida mərasimində şəhidin yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları və rayon sakinləri iştirak edirlər.

Vida mərasimindən sonra Şəhid Bozalqanlı kənd qəbristanlığında dəfn olunacaq.

Şəhid nişanlı idi və bir neçə gündən sonra toyu olacaqdı. Buna görə də şəhidin anasının istəyi ilə onun yas mağarı toy abu-havasında bəzədilib. Bundan başqa, mağarın içinə toy xonçaları düzülüb.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button