Cəmiyyət

Şəhid ailələri və qazilərin müraciətləri ilə bağlı yeni komissiya yaradılıb

Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərən dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin təşkilinə dair Əlaqələndirmə Komissiyası yaradılıb.
“Report”un məlumatına görə, bununla bağlı müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.
Komissiyanın sədri
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Komissiyanın üzvləri:
Azərbaycan Respublikası müdafiə nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İdarə Heyəti sədrinin birinci müavini
Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini
Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini
Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini
Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini
Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini
Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini
Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini
Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini
Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini
Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini
Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini
Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini
Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini.
Komissiyaya vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərən dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsini həyata keçirmək tapşırılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button