Cəmiyyət

Səfirlik Müəllimlər Gününü qeyd edib

Hindistanın Müstəqilliyinin 75 illiyini qeyd etmək üçün “Azadi Ka Amrit Mahotsav” adı altında keçirilən tədbirlər çərçivəsində Hindistan Səfirliyi Azərbaycanda çalışan hind əsilli müəllimlərin şərəfinə tədbir təşkil edib. İstiqlal.az xəbər verir ki, tədbirdə hind əsilli aparıcı müəllimlər, Hindistan diasporunun üzvləri və Hindistanın Azərbaycandakı dostları iştirak edib. Tədbirdə Hindistanın Səfiri Bavitlunq Vanlalvavna müəllimlərin verdiyi töhfələrdən danışıb və onların cəmiyyətdəki mühüm rolunu qeyd edib. Müəllimlər isə Azərbaycanda işlədikləri vaxt ərzində qazandıqları zəngin təcrübələri tədbir iştirakçıları ilə bölüşüblər. Bu münasibətlə “Azadi Ka Amrit Mahotsav” təşəbbüsünün mövzularından biri olan “Vishwa Guru Bharat” (Dünya Müəllimi Hindistan) xüsusilə vurğulanıb. Sentyabrın 5-i hər il Hindistanda Müəllimlər Günü olaraq Hindistanın birinci Vitse-prezidenti və ikinci Prezidenti, çox hörmətli müəllim, filosof və görkəmli dövlət xadimi Dr. Sarvepalli Radhakrişnanın şərəfinə qeyd olunur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button