Mədəniyyət

Səfirlik Milli Kitabxanaya yeni kitablar təqdim edib

Latviyanın Azərbaycandakı Səfirliyi tərəfindən Azərbaycan Milli Kitabxanasına növbəti dəfə yeni kitablar hədiyyə olunub.

İstiqlal.az xəbər verir ki, kitabları təqdim edən Səfirliyin müvəqqəti işlər vəkili xanım Viya Buşa deyib ki, Latviya və latviyalılar barədə bəhs olunan bu yeni 9 kitabda ölkə tarixi və mədəniyyəti geniş əks olunub. Xanım Buşa bildirib ki, kitablar cəmiyyətləri inkişaf etdirmək, marifləndirmək üçün mənbədir, aydınlıq bəxş edən işıqdır. O, Milli Kitabxanada Latviya guşəsinin yaradılmasından şad olduğunu deyərək əlavə edib ki, buradakı kitablar iki xalq və ölkələrimiz arasında əməkdaşlığın inkişafına töhfədir.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovun sözlərinə görə, kitabxanada Latviya ilə bağlı guşə 2019-cu ildə yaradılıb və mütəmadi olaraq guşə yenilənir. Hazırda bu guşədə 300-ə yaxın kitab var.

Latviyanın beynəlxalq səviyyədə tanınmasının (de iure) 100 illiyini qeyd etmək və milli yüzillik proqramında kitab nəşri sahəsində əldə edilən nailiyyətləri ümumiləşdirmək üçün Latviya Milli Kitabxanası (LNL) Xarici İşlər Nazirliyi və Latviya Dövlət Yüzillik İdarəsi ilə əməkdaşlıq edir. Mədəniyyət Nazirliyi Baltik və Şərqi Avropa ölkələrinin təhsil proqramları, milli, akademik və ictimai kitabxanaları ilə xüsusi kitab hazırlayıb. Dünyanın ən böyük kitabxanaları üçün hədiyyə dəstləri təqdim olunub ki, onların oxucuları Latviya ilə tanış olsunlar.
Səfirlik Kitabxananın Latviya guşəsinə oxucularının marağına səbəb ola biləcək əhəmiyyətli LNL nəşri olan “Terra Mariana 1186-1888” ilə tamamlayıb.

Kitabxananın direktoru K.Tahirov da öz növbəsində Azərbaycanla bağlı bir neçə yeni kitab nəşrini səfirliyə hədiyyə edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button