İqtisadiyyat

Səfirlik keramika məhsulları mövzusunda interaktiv vebinar təşkil edib

Hindistanın Azərbaycandakı Səfirliyi Kimyəvi maddələrin və Əlaqədar Məhsulların İxracının Təşfiqi Şurası (CAPEXIL) ilə birlikdə Hindistanın və Azərbaycanın 40-dan çox keramika plitələri və sanitar avadanlıqlar sektorunda fəaliyyət göstərən şirkətinin iştirakı ilə iki ölkə arasında əməkdaşlıq potensialını araşdırmaq üçün İnteraktiv Vebinar təşkil edib.

Tədbirdə, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyasının nümayəndələri də iştirak etdi. İstiqlal.az xəbər verir ki, CAPEXİL-in Keramika və Əlaqədar Məhsullar o cümlədən Odadavamlı məmulatlar üzrə Panelinin sədri S.K. Qoş çıxışında Hindistan keramika məhsullarının gücünü vurğulayaraq, iki ölkə arasında bu sahədə əməkdaşlığı artırmaq istəyini ifadə etdi. Hindistanın Azərbaycandakı Səfiri B. Vanlalvavna ölkəsinin Hindistanın keramika və porselen plitələrinin, eyni zamanda digər keramika məhsullarının Azərbaycan bazarında artıq tanındığı və Hindistan keramika məhsullarının keyfiyyətinin ümumi olaraq məlum olduğunu qeyd edib. Bununla belə, o, Hindistanın keramika məhsullarının Azərbaycanda bazar payının artırılması üçün böyük potensial olduğunu vurğulayıb. Daha sonra, vebinarda CAPEXİL-in vitse prezidenti çıxış edib.

Çıxışların ardından vebinar Azərbaycan və Hindistan şirkətləri tərəfindən təqdimatlarla davam edib. Hər iki tərəfdən olan iştirakçılar vebinarın B2B və sual-cavab hissəsində bir-biri ilə ünsiyyət qurmaq imkanı əldə edib. Hindistan və Azərbaycan arasında ikitərəfli ticarət 2021-ci ilin Yanvar-İyun ayı ərzində ötən il ilə müqayisədə 21.7 faiz artaraq 431.4 milyon ABŞ dolları məbləğində olmuşdur. Hindistan Azərbaycanın qlobal tiracətində 3.04 faiz paya sahib olmaqla Azərbaycanın 7-ci əsas ticarət tərəfdaşı olub. Azərbaycanın Hindistandan keramika məhsulları idxalı 2021-ci ilin Yanvar-May ayları ərzində 1,478 milyon ABŞ dolları məbləğində olub Azərbaycanın ümumi keramika məhsulları idxalının 3.7 faizini təşkil edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button