Səfirlik hamını Fotoqrafiya Xeyriyyə Auksionuna dəvət edir

Latviya Respublikasının ölkəmizdəki Səfirliyi Fotoqrafiya Xeyriyyə Auksionu təşkil edəcək.
Latviyanın Avropa Birliyinə üzv dövlət kimi AB-nin “Yaşıl Sazişi”nin yerinə yetirilməsində öhdəçiliyi var. Latviya təcrid olunmuş “enerji adasından” azad və şəffaf enerji bazarına nail olmaq yolunda çox işlər görüb. Latviya hər zaman Yaşıl Enerji Layihələrinə böyük əhəmiyyət verir.
İstiqlal.az xəbər verir ki, Fotoqrafiya Xeyriyyə Auksuonu bu yaxınlarda Bakı Fotoqrafiya Evində DEFOCUSED adlı sərgidə nümayiş etdirilən əsərləri təqdim edir. Fotoqrafiyalar ətraf mühitin vəziyyətini Azərbaycanın Emin Mathers, Sərəf Nağıyeva, Tati Səttar, Çiçək Bayramlı, Leyla Musayeva, Zaur Mirzəyev, Kamil Abbaszade, Orxan Hüseynov, Lalə Əliyeva və Nurllan Babazade kimi müasir gənc nəsil fotoqrafçılarının gözləri ilə estetik şəkildə təqdim edir.
Auksionda təqdim olunan fotoqrafiyaları almaqla ekologiya sahəsində fəaliyyət göstərən “Ecofront” QHT-yə regionlarda ekoloji problemlərin həllinə yardım etmiş olarıq.
Tədbir TheLandmark Biznes Mərkəzi, F3.7 Birliyi və PlatformART təşkilatı ilə birgə 18 avqust 2021-ci il tarixində saat 20:00-da Orange Grove/Landmark Rotunda Terasda təşkil olunacaq.