Mədəniyyət

Səfirlik ADU-nu avadanlıqla təmin edəcək

Yaponiyanın Azərbaycandakı  Səfirliyində “Mədəniyyət üzrə Ot kökləri Layihələri üçün Qrant Yardımı” çərçivəsində Azərbaycan Dillər Universitetində Yaponiya araşdırmalar mərkəzinin avadanlıqlarla təmin edilməsi” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilib.

İstiqlal.az xəbər verir ki, sözügedən mərasimdə Yaponiyanın Azərbaycandakı Səfiri  Vada Cüniçi, “Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi” İctimai birliyinin sədri Yasin Dadaşov, Azərbaycan Dillər Universitetində Yaponiya araşdırmalar mərkəzinin müdiri  Yaşar İbrahimov  iştirak edib.

Layihənin əsas məqsədi Azərbaycanda yapon dilinin əsas tədris müəssisələrindən biri olan Azərbaycan Dillər Universitetində yapon dili mərkəzində təhsil səviyyəsini yaxşılaşdırmaq məqsədi ilə 2 otağı komputer, printer və sairə kimi lazımi avadanlıqlarla təchiz etməkdir.

İmzalanma mərasimində səfir Vada yapon dili təhsili ilə bağlı gözləntilərini ifadə edərək, “Ümid edirəm ki, bu layihə vasitəsilə daha çox tələbə yüksək keyfiyyətli təhsil almaq şansı əldə edəcək” dedi. Təşkilatın sədri Yasin Dadaşov isə Yaponiya Hökumətinin “Mədəniyyət üzrə Ot Kökləri Qrant Yardımına” görə təşəkkürünü bildirərək, “Bu işin iki məqsədi var. Birincisi insan resurslarının inkişafına töhfə vermək, ikincisi isə yüksək səviyyəli təhsil mühiti olan mərkəz yenilənəcəkdir. Ümid edirəm ki, bu layihənin həyata keçirilməsi ilə Azərbaycan Dillər Universitetində gözəl yapon dili mərkəzi daha təkmilləşdiriləcəkdir” dedi.

Bu  vaxta qədər  bu layihə də daxil olmaqla 9 layihə üzrə qrant müqaviləsi imzalanmışdır, ümumi məbləği isə 600,000 ABŞ dollardan çox təşkil edir.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button