Mədəniyyət

Səfir: “Biz bu gün mühüm bir layihəni təqdim edəcəyik”

“Polşa-Azərbaycan əlaqələri təkcə diplomatiya deyil, mədəni, sosial və digər sahələrdə də inkişaf edir”.

İstiqlal.az xəbər verir ki, bunu “Polşanın Azərbaycandakı səfiri Rafal Poborski, Səfirliyin Azərbaycan Turizm Bürosu ilə birgə təşkil etdiyi Azərbaycanda polyak memarlıq irsinin təbliğinə həsr olunan Polşa-Azərbaycan birgə təşəbbüsünün təqdimatı mərasimində deyib.

Diplimat iki ölkə arasındakı əlaqələrin əhəmiyyətindən, görülmüş işlər və tədbirin əsas mövzusu olan Azərbaycanda polyak memarlarının yaratdığı memarlıq incilərindən danışıb. Səfir tədbir iştirakçılarına polyak memarların Azərbaycanda yaratdıqları irslə bağlı sənədli qısa film haqqında məlumat verib.

Rafal Poborski deyib ki, polşalı memarların Azərbaycan paytaxtında mühüm binaların inşasında gəlməsində əməyi var. Bu da hazırda polşalı turistləri Azərbaycana çəkib gətirən amillərdən biridir. Burada onlar Polşa irsi ilə tanış olmaqla yanaşı, həm də o dövrün ab-havasını hiss edə bilirlər: “Azərbaycanla mədəni əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə ümidvarıq”.

O, 2019-cu ildə hər iki ölkənin təşəbbüsü ilə yaradılan Polşa arxitektorları küçəsinin əhəmiyyətini vurğulayaraq gündəlikdə duran layihəyə diqqət çəkib: “Biz bu gün mühüm bir layihəni təqdim edəcəyik. Bu layihə Azərbaycanda fəaliyyət göstərmiş Polşa arxitektorlarının irsini ən yaxşı şəkildə nümayiş etdirəcək və bu nümayiş iki ölkə arasındakı mədəni əlaqənin növbəti mərhələsinin təməlini qoyacaq”.

Azərbaycan Turizm Bürosunun İdarə heyətinin sədri Florian Zenqstşmit çıxışında Azərbaycan və Polşa arasındakı mədəni və memarlıq irsinin əhəmiyyətindən bəhs edib. F. Zenqstşmit həmçinin Polşa Səfirliyi və Azərbaycan Turizm Bürosunun birgə hazırladığı “Azərbaycanda Polyak İzləri” turistik broşür və “Polyak İzləri ilə” piyada marşrutu haqqında iştirakçılara məlumat verib. O bildirmişdir ki, yaxın gələcəkdə Azərbaycana Polşadan turistlərin axın etməsi üçün mühüm işlər görülmüşdür. Yaradılmış bu vasitələr Polşadan gələcək turistlər üçün unikal vasitə olacaqdır.

Memarlar İttifaqının sədri Elbay Qasımzadə isə sözügedən polşalı memarlarının həm də azərbaycanlı olduqlarını deyib: “O dahi memarlar milliyyətcə polşalı olublar, düzdür, amma, eyni zamanda, onlar Azərbaycanda memarlıq irsini təşkil edən əsərlər yaradıb deyə, həm də azərbaycanlı sayılmalıdırlar”.

Çıxışlar bitdikdən sonra Polşa Respublikasının Bakıdakı Səfirliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində drondan çəkilmiş qısametrajlı filmlər seriyası yaradılmışdır, Bakıda Polşa Memarları tərəfindən layihələndirilmiş binaların təqdimatına dair.

Azərbaycanda polyak memarlarının yaratdığı memarlıq nümunələri qısa film – https://www.youtube.com/watch?v=Ht03oIIJmkA

Piyada marşrutu haqqında ətraflı məlumat-

https://azerbaijan.travel/bakida-polyak-irsi-gezinti-turu (azərbaycanca) https://azerbaijan.travel/polish-heritage-in-baku-walking-tour (ingiliscə) https://azerbaijan.travel/polskoe-nasledie-v-baku-peshiy-tur (rusca)

Polyak irsi üzrə turistik broşürü yükləmək üçün- https://www.tourismboard.az/az/publications

 

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button