Gündəm

Səfərbərlik Xidmətinin vəzifəli şəxsinə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon Şöbəsinin Hərbi Həkim Komissiyasının sədri vəzifəsində işləmiş Nazilə Rəhmanovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 4 il müddətinə azadlıqdan məhrum edilib. N.Rəhmanovaya Cinayət Məcəlləsinin (CM) 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq edilib və təqsirləndirilən şəxsə şərti cəza təyin olunub.

Qeyd edək ki, N.Rəhmanova əvvəllər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon Şöbəsinin Hərbi Həkim Komissiyasının sədri vəzifəsində və M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında həkim işləyib.

İttiham aktına əsasən, o, Hərbi Həkim Komissiyasının sədri vəzifəsində çalışan zaman çağırışçılardan hərbi xidmətə yararsız hesab edilmələri üçün rüşvət alıb və qarşılığında həmin çağırışçıların hərbi xidmətə yararsız olmaları ilə bağlı saxta tibbi sənədlər verib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button