Dünya

Rustavi şəhər merinin müavini: “Güclü Azərbaycan güclü Gürcüstan deməkdir”

“Rustavini azərbaycanlı bacı və qardaşlarımızla birgə qurmuşuq və şəhərin inkişafına töhfə vermişik”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Rustavi şəhər merinin müavini David İşxneli Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün 30-cu ildönümü münasibətilə ilə keçirilən marafonun mükafatlandırılma mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, gürcülər azərbaycanlılarla dostluğa böyük dəyər verir:
“Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edirəm. Dost və qardaş xalqa inkişaf və tərəqqi arzulayıram. Güclü Azərbaycan güclü Gürcüstan, güclü Gürcüstan isə güclü Azərbaycan deməkdir”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button