İdman

Ruslan Abışov: “Dopinqlə bağlı ciddi yoxlamalar var”

“Dünya idmanında dopinqlə mübarizə çox inkişaf edir. Mən də futbol sahəsində AMADA-ya köməklik edirəm”.

“Report” xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov jurnalistlərə açıqlamasında deyib.

Hazırda “Zirə” klubunda çıxış edən təcrübəli müdafiəçi oyunlar vaxtı ciddi yoxlamaların olduğunu bildirib: “Əvvəllər belə deyildi. Amma son dövrlər gözlənilmədən yoxlamalar olur. Mən özüm də 3-4 dəfə testdən keçmişəm. Bu, idmançılar üçün də xeyirlidir. İnanıram ki, bundan sonra heç bir futbolçularımız ciddi dopinq qalmaqalına düşməyəcək”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button