Dünya

“Rusiyaya qarşı tarixin ən ağır sanksiyaları tətbiq olunub” – Bayden

“Rusiyaya qarşı tarixin ən ağır sanksiyaları tətbiq olunub”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden bəyan edib.

Bayden qeyd edib ki, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcək.

Qeyd edək ki, martın 24-də Avropa İttifaqının (Aİ) 27 ölkəsinin liderləri və ABŞ Prezidenti Rusiyaya qarşı əlavə sanksiyaları, eləcə də Moskvanın artıq tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlərdən yan keçmək cəhdlərini dayandırmağa hazır olduqlarını müzakirə ediblər.

“Onlar Rusiya və Belarusa iqtisadi xərclər tətbiq etmək üçün davam edən səylərini, həmçinin əlavə tədbirlər görməyə və sanksiyalardan yayınmaq cəhdlərini dayandırmağa hazır olduqlarını nəzərdən keçiriblər”, – məlumatda vurğulanır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button