Gündəm

İmtahanlarda zal nəzarətçisi olmaq istəyənlərin qeydiyyatı başa çatır

Zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə qeydiyyatdan keçənlərin sayı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, ötən ilin oktyabrından 1447 nəfər qeydiyyatdan keçib.

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyənlər üçün təlimlər cari və növbəti həftələrdə davam edəcək. Təlimlərdən sonra namizədlər yekun test imtahanında iştirak edəcəklər. Yekun test imtahanından məqbul qiymət alan namizədlər zal nəzarətçiləri bazasına qəbul olunaraq imtahanlara dəvət olunacaqlar.

Qeyd edək ki, zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə namizədlərin elektron qeydiyyatı bu gün başa çatır. Bu ilin sentyabr ayından etibarən isə qeydiyyat sisteminin yenidən aktiv edilməsi nəzərdə tutulur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button