İqtisadiyyat

Rusiyanın iki şirkətinə Permdən Bakı və Gəncəyə uçuşlar yerinə yetirməyə icazə verilib

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) daha iki aviaşirkətə Permin “Bolşoye Savino” hava limanından Azərbaycan, Misir, İspaniya və Kubaya uçuşların yerinə yetirilməsinə icazə verib.
“APA-Economcis” “Rosaviasiya”ya istinadən xəbər verir ki, “S7 Airlines” aviaşirkətinə Azərbaycanın paytaxtı Bakıya həftədə üç dəfə, “Nordwind Airlines”a isə həftədə yeddi dəfə uçuşlar yerinə yetirməyə icarə verilib.
Federal Hava Nəqliyyatı Agentliyi həmçinin “S7 Airlines”in Azərbaycanın Gəncə şəhərinə uçmasına da icazə verib. Uçuşların həftədə üç dəfə yerinə yetirilməsi planlaşdırılır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button