İqtisadiyyat

Rusiyanın iki aviaşirkətinə Omskdan Bakıya uçuşlar üçün icazə verilib

Rusiyanın iki aviaşirkətinə Omskdan Bakıya uçuşlar yerinə yetirmək üçün icazə verilib.
“APA-Economics” Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinə istinadən xəbər verir ki, regional hava limanlarından beynəlxalq uçuşlar üçün icazələrin verilməsi ilə bağlı Agentliyin əmrinə əsasən, “Nordwind Airlines” və “İkar” şirkətlərinə həftədə 7 uçuş planlaşdırmağa icazə verilib.
Xatırladaq ki, bu il artıq Omsk-Bakı marşrutu üzrə uçuşlara start verilib. Lakin “Ural Airlines” aviaşirkəti sözügedən aviareys üzrə cəmi üç uçuş həyata keçirsə də, sonradan uçuşlar ləğv edilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button