Dünya

Rusiyanın hücumu nəticəsində Ukraynada 90 uşaq ölüb

Rusiyanın Ukraynada 19 gün ərzində apardığı hərbi əməliyyatlar nəticəsində indiyədək 90 uşaq ölüb, 100-dən çox uşaq yaralanıb.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu bildirib.

Məlumata görə, uşaqlar daha çox Kiyev, Xarkov, Donetsk, Çerniqov, Sumı, Xerson, Mikolayev və Jitomir vilayətlərində hücumun qurbanı olub, xəsarət alıblar.

Bildirilib ki, 379 tədris müəssisəi bombalanıb və atəşə məruz qalıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button