Dünya

Rusiyanın fövqəladə hallar nazirinin meyiti xüsusi reyslə Moskvaya göndəriləcək

Rusiyanın Norilsk şəhərində təlimlər zamanı baş verən bədbəxt hadisə nəticəsində həlak olan ölkənin fövqəladə hallar naziri Yevgeni Ziniçevin meyiti bu gün xüsusi reyslə Moskvaya çatdırılacaq.
“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Qeyd edək ki, Y.Ziniçev suya düşən tanınmış kinorejissor Aleksandr Melniki xilas etməyə çalışarkən həlak olub. Rusiya Prezidenti Vladimir Putin, hökumət başçısı Mixail Mişustin və Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Y.Ziniçevin yaxınlarına başsağlığı veriblər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button