Dünya

Rusiyanın daimi nümayəndəsi: “ATƏT Avroatlantik məkanda vəziyyətə təsir etmək iqtidarında deyil”

Rusiya təhlükəsizliklə bağlı təkliflərini ATƏT-də müzakirə etməyəcək.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın ATƏT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Aleksandr Lukaşeviç bildirib.

”Biz öz təşəbbüslərimizlə bağlı ATƏT-də heç bir müzakirə aparmayacağıq. Bu, beynəlxalq hüquqi statusu olmayan amorf bir strukturdur”, – rusiyalı diplomat vurğulayıb.

Lukaşeviç deyib ki, ATƏT-in nə nizamnaməsi, nə də təsis sənədi var və hazırkı vəziyyətdə Avroatlantik məkanda vəziyyətə hər hansı şəkildə təsir etmək iqtidarında deyil.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button