İqtisadiyyat

Rusiyanın 200 ən iri özəl şirkətinin gəlirləri 15 mlrd. dollardan çox azalıb

Rusiyanın ən böyük 200 özəl şirkətinin gəlirləri 2020-ci ildə 43,4 trln. rubl (603 mlrd. ABŞ dolları) təşkil edib.
“APA-Economics”in “Forbes” jurnalına istinadən verdiyi məlumata görə, COVID-19 pandemiyası fonunda sözügedən şirkətlərin gəlirləri ötən il ərzində 2,5% və ya 1,1 trln. rubl (15,3 mlrd. dollar) azalıb. Halbuki 2019-cu ildə gəlirlərdə 12,9%-lik artım qeydə alınıb.
Ölkənin ən böyük 200 özəl şirkəti arasında ən çox gəlir əldə edən Rusiyanın ən böyük özəl neft-qaz şirkəti sayılan “Lukoil” olub. Neft-qaz nəhəngi ötən il 5,639 trln. rubl (78,38 mlrd. dollar) gəlir əldə edib ki, bu da illik müqayisədə 28% azdır.
Rusiyanın ən böyük 200 özəl şirkətinin 2020-ci ildəki gəlirləri üzrə reytinqi:

#

Şirkət

2020-ci ildəki gəlir, mlrd. dollar

1

Lukoil

78,38

2

X5 Group

27,49

3

Magnit

21,60

4

Nornickel

15,63

5

Surgutneftegas

14,9

6

Megapolis Group companies

10,97

7

Evraz

10,71

8

Tatneft

10,02

9

Novatek

9,89

10

Novolipetsk Steel

9,29

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button