İqtisadiyyat

Rusiyadan bu il 59 mlrd. dollar çıxarılıb

Bu ilin yanvar-sentyabr aylarında Rusiyadan kapital axını illik ifadədə 48% artaraq 39,8 mlrd. ABŞ dollarından 59 mlrd. dollara çatıb.
“APA-Economics”in məlumatına görə, bu barədə Rusiya Mərkəzi Bankının (Rusiya Bankı) açıqlamasında deyilir.
İlkin hesablamalara görə, yanvar-avqust aylarında cari əməliyyatlar hesabının profisiti 69,7 mlrd. dollar, xarici ticarətin müsbət saldosu 106,4 mlrd. dollar, kapitalın axını isə 51,1 mlrd. dollar təşkil edib.
Nəticədə, sentyabr ayında kapital axını 7,9 mlrd. dollara çatıb.
Mərkəzi Bankın 2021-ci il üçün olan əsas proqnozuna görə, Rusiyanın “Urals” neftinin bir barelinin ortaillik qiyməti 65 dollar olduğu halda, cari əməliyyatlar hesabının profisiti 88 mlrd. dollar, xarici ticarətin müsbət saldosu 151 mlrd. dollar, kapital axını isə 50 mlrd. dollar olacaq. Rusiya Bankının yenilənmiş proqnozu oktyabrın 22-də açıqlanacaq.
Xatırladaq ki, 2020-ci ildə Rusiyadan kapital axını 47,8 mlrd. dollar, 2019-cu ildə isə 22,1 mlrd. dollar təşkil edib. Beləliklə, üç ildən az olan bir müddət ərzində Rusiyadan 128,9 mlrd. dollar çıxarılıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button