İqtisadiyyat

Rusiyadan Azərbaycana gətirilən heyvan və bitki mənşəli məhsullar əlavə sənədlərlə müşayiət ediləcək

Rusiyadan Azərbaycana ixrac olunan, insan istehlakı üçün nəzərdə tutulan heyvan və bitki mənşəli məhsulların sağlamlıq sertifikatı ilə birlikdə baytarlıq və ya fitosanitar sənədi ilə müşayiət ediləcək.
“APA-Economics” Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə (“Rosselxoznadzor”) istinadən xəbər verir ki, bu, “Rosselxoznadzor”la Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələri arasında keçirilən görüşün müzakirə predmeti olub.
Qeyd olunub ki, Azərbaycanda bu sahədə yeniliklərin tətbiq olunacağı barədə qarşı tərəfə bu ilin sentyabr ayının məktub ünvanlanıb.
AQTA nümayəndələri bu tələblə bağlı yazılı izahatlar verəcəyini və yeni qaydaların qüvvəyə minmə vaxtı barədə əlavə məlumat verəcəyini bildirib, yeni ticarət qaydalarına uyğunlaşmaq üçün keçid dövrünün yaradılacağını vurğulayıblar.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button