İqtisadiyyat

Rusiyadan Azərbaycana aviabiletlər kəskin bahalaşıb

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən bir çox ölkənin öz hava məkanını Rusiya üçün bağlaması, o cümlədən Avropaya uçuşların kütləvi şəkildə dayandırılması, uçuşların mümkün olduğu ölkələrə biletlərin rekord bahalaşması ilə nəticələnib. Məsələn, Rusiyadan Gürcüstana uçuşlar indi Maldiv adalarına uçuşdan baha başa gəlir. Üstəlik bu uçuş ən azı üç dayanacaqla və 3 sutkaya başa gəlir.

virtualaz.org xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb. Martın 4-də Moskvadan Tbilisiyə ən ucuz biletin qiyməti 76 min rubl (671 dollar) təşkil edib. Uçuşa iki transfer daxildir, mənzil başına çatmaq 3 gün çəkir. Sankt Peterburq- Antalya- İstanbul istiqaməti ilə 22 saatlıq uçuş 96 min rubla başa gəlir.

Bu arada, Moskvadan Maldiv adalarına biletlərin qiyməti martın 4-də 62 min rubl təşkil edib. Martın 6-da 43 min rubl, 8 martda 29 min rubla düşüb.

Martın əvvəlində Rusiyadan Serbiyaya aviabiletlərə tələbatın kəskin artması ilə bağlı məlumat yayılıb. Biletin qiyməti 57,5 min rubldan başlayıb.

Rusiyadan Türkiyəyə uçuş qiyməti martın ilk iki günü ərzində 4 dəfə artıb. Martın 2-də İstanbula tək tərəfli gediş bileti təxminən 1863 dollar olub. Türk mətbuatına danışan rus sərnişinlər bildiriblər ki, sərhədlərin qapadılmasından narahatdılar, buna görə də qiymət fantastik səviyyədə olsa da, ölkədən çıxmağa çalışırlar. Çoxları uzun müddət ticarətin zəifləyəcəyini düşünür. Martın 5-dən qiymət nisbətən enir, lakin əksər günlər üçün satışda bilet qalmayıb.

 

Martın 6-da “AZAL” Hava Yolları ilə Moskva-Bakı reysi uçmaq tək tərəfli 680.16 avroya başa gəlir. Martın 7-dən qiymət təxminən 15-20 avro ucuzlaşır, lakin şirkətin saytında göstərilir ki, bütün biletlər satılıb.

Qeyd edək ki, sanksiyalardan sonra təxminən 150 minə qədər Rusiya vətəndaşının Avropa ölkələrində qaldığı və geri dönə bilmədiyi açıqlanmışdı. Rusiya hökuməti bildirmişdi ki, vətəndaşlar bacardıqca öz imkanları hesabına olduqları ölkələri tərk edib qayıda bilərlər. Çünki hamını təxliyə etmək mümkün deyil. Avropa ölkələrində qalan ruslar başqa ölkələrin aviaşirkətlərinin təyyarələri ilə Rusiyaya yaxın hansısa ölkəyə uça, oradan isə Azərbaycan, Qazaxıstan və Türkiyə üzərindən Rusiyaya gələ bilərlər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button