Dünya

Rusiyada zavoddakı yanğında ölənlərin sayı 17-yə çatıb

Rusiyanın Ryazan vilayətində zavodda baş verən yanğında ölənlərin sayı 17-yə çatıb.
“Report” “Sputnik Radio”ya istinadən xəbər verir ki, ağır dərəcəli yanıq xəsarətləri alan bir nəfər xəstəxanada dünyasını dəyişib.
Onun dərisinin 80 faizinin yandığı bildirilir.
13:24
Rusiyanın Ryazan vilayətində zavodda baş verən yanğında ölənlərin sayı 16-ya çatıb.
“Report” “Sputnik Radio”ya istinadən xəbər verir ki, daha bir nəfərin taleyi naməlum olaraq qalır.
12:33
Rusiyanın Ryazan vilayətində zavodda baş verən yanğında ölənlərin sayı 12-yə çatıb.
“Report” “Sputnik Radio”ya istinadən xəbər verir ki, daha 4 nəfərin taleyi naməlum olaraq qalır.
11:14
Rusiyanın Ryazan vilayətində zavodda baş verən yanğında ölənlərin sayı 7-yə çatıb.
“Report” “Radio Sputnik”ə istinadən xəbər verir ki, 1 nəfər yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hazırda 9 nəfərin taleyi məlum deyil.
10:53
Rusiyanın Ryazan vilayətində zavodda yanğın baş verib.
“Report” “Sputnik Radio”ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hadisə nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button