Dünya

Rusiyada yük avtomobili iki avtobusla toqquşub, onlarla insan xəsarət alıb

Rusiyanın Nijni Novqorod şəhərində “QAZel” markalı yük avtomobili ilə iki avtobus toqquşub.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, toqquşma nəticəsində 24 nəfər xəsarət alıb.
Üç nəfər xəstəxanaya yerləşdirilib, ikisinin vəziyyəti ağırdır.
Xəstəxanaya yerləşdirilən iki nəfərə ağır müşayiət olunan zədələr, onurğa zədələri və əlin açıq sınığı diaqnozları qoyulub. Digər xəstənin isə qapalı zədəsi var, vəziyyəti orta ağır qiymətləndirilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button