Dünya

Rusiyada yol qəzası olub, ölənlər və yaralananlar var

Rusiyanın Vladimir vilayətində mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiya Daxili İşlər Nazirliyinin Vladimir vilayətinin Baş İdarəsi yayıb.
Bildirilib ki, hadisə vilayətin Qoroxoves rayonunun ərazisində baş verib. İlkin məlumata görə, Nijni Novqorod şəhəri istiqamətində hərəkət edən “Volkswagen” markalı mikroavtobusun sürücüsü qarşıdan gələn yük avtomobili ilə toqquşub.
Nəticədə mikroavtobus aşıb. Yaralılar hospitala yerləşdirilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button