Dünya

Rusiyada ticarət mərkəzində atışma olub

Rusiyanın Soçi şəhərindəki “Moremall” ticarət mərkəzində bir nəfər travmatik tapançadan havaya atəş açıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar diyarı Baş İdarəsi məlumat yayıb.
Məlumatda deyilir ki, iki nəfər arasında məişət zəminində yaranan münaqişə zamanı 22 yaşlı yerli sakin travmatik silahdan istifadə edib.
Hər iki şəxs saxlanılaraq polis idarəsinin növbətçi hissəsinə aparılıb.
Hadisə zamanı xəsarət alan olmayıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button