Dünya

Rusiyada təyyarə qəzaya uğrayıb, pilot ölüb

Rusiyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, hadisə Belqorod vilayətində qeydə alınıb.
Qəza nəticəsində pilot ölüb.
“Belqorod vilayətində, Bexteyevka və Sokolovka kəndləri arasında yüngül mühərrikli təyyarə havaya qalxarkən qəzaya uğrayıb. Onun göyərtəsində bir pilot olub və o da ölüb”, – agentliyə məlumatlı mənbə bildirib.
Qəzadan sonra təyyarədə yanğının baş verdiyi də açıqlanıb.
Təyyarənin düşdüyü ərazidə heç bir dağıntı və tələfat qeydə alınmayıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button