Dünya

Rusiyada son gündə 18 554 nəfər koronavirusa yoluxub

Rusiyada koronavirusa yoluxanların sayı daha 18 554 artaraq 7 140 070-ə çatıb.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.
Koronavirusdan sağalanların sayı gündə 14 497 nəfər artıb. Bu günə qədər isə 6 389 657 nəfər xəstəlikdən sağalıb.
Qərargahdan verilən məlumata görə, xəstəxanadan çıxan xəstələrin nisbəti yoluxmuşların ümumi sayının 89.5%-ni təşkil edir.
Ölkədə bir gündə koronavirusdan 788 nəfər ölüb. Ümumilikdə ölənlərin sayı 192 749 təşkil edir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button