Dünya

Rusiyada sərnişin təyyarəsi sərt eniş edib, ölən və xəsarət alanlar var

Rusiyada sərnişin təyyarəsinin sərt eniş etməsi nəticəsində 4 nəfər həlak olub.
Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.
Məlumata görə, qəza zamanı daha 5 nəfər müxtəlif xəsarətlər alıb. Hadisə yerinə xilasedicilər cəlb edilib və təxliyə işlərinə başlanılıb.
Qeyd edək ki, hadisə İrkutsk əyalətində olub. Kazaçinsk yaşayış məntəqəsində 14 sərnişinin və 2 heyət üzvünün olduğu təyyarə sərt eniş edib.
Faktla bağlı cinayət işi qaldırılıb.
20:18
Rusiyada göyərtəsində 16 nəfərin olduğu L-410 sərnişin təyyarəsi sərt eniş edib.
“Report” TASS-a istinadən xəbəər verir ki, hadisə İrkutsk əyalətində olub.
Kazaçinsk yaşayış məntəqəsində 14 sərnişinin və 2 heyət üzvünün olduğu təyyarənin sərt eniş etməsi nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. İlkin məlumata görə, təyyarə eniş zamanı parçalanıb. Bir neçə nəfər salondan çıxmağa müvəffəq olub.
Rusiyanın Fövqəladə Hallar Nazirliyi faktı təsdiqləyib. Nazirlikdən bildirilib ki, hadisənin təfərrüatları araşdırılır. Əraziyə xilasedicilər cəlb edilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button