Dünya

Rusiyada robotlar restoranlar, hava limanları və məktəblərdə işə götürüləcək

Rusiyanın paytaxtı Moskvada, eləcə də Sankt-Peterburq və Perm şəhərlərindəki restoranlar koronavirusa qarşı peyvənd edilmiş QR kodlarını və ondan sağalanları yoxlamaq üçün robotları işə götürəcək.
“Report” xəbər verir ki, bu barədə “Promobot” şirkətindən “RİA Novosti”yə bildirilib.
“Rusiyanın xidməti robotların istehsalçısı olan “Promobot” şirkəti restoranlarda və ictimai yerlərdə QR kodlarını yoxlamaq üçün ilk robotu təqdim edib. Robot binanın girişində hərəkət edə və müştərilərlə ünsiyyət qura bilir”, – xəbərdə deyilir.
Robotlar əsas cihaz dəsti ilə yanaşı, QR kodlarını oxumaq üçün skaner və pasport skaneri ilə də təchiz olunub. Eyni zamanda dövlət xidməti servisi ilə birləşdirilib. Bunun sayəsində QR kodunu yoxlamaq, pasportun və ya digər sənədin həqiqiliyini yoxlamaq mümkün olub.
“Bu funksiyaya sahib robotlar tezliklə Moskva, Sankt-Peterburq və Permdəki restoranlarda olacaq”. Belə ki, paytaxtda bu cür işçiləri “The toy” italyan restoranı, Sankt-Peterburqdakı “Qusi” şəbəkəsi və Permdəki “Amber” restoranı əldə edəcək.
Şirkətdən verilən məlumata görə, belə robotlar restoranlardan əlavə, hava limanlarında və təhsil müəssisələrində də fəaliyyət göstərəcək.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button