Dünya

Rusiyada qəzaya uğrayan “An-26″nın ekipaj üzvlərinin hamısı ölüb

Rusiyanın Xabarovsk diyarında qəzaya uğrayan “An-26” hərbi yük təyyarəsinin ekipaj üzvlərinin hamısı ölüb.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın fövqəladə hallar xidmətinin nümayəndəsi bildirib.
Bildirilib ki, təyyarənin göyərtəsində 6 heyət üzvü olub.
Xatırladaq ki, sentyabrın 22-də texniki uçuş edən “An-26”b radarlardan itib. Sentyabrın 23-də təyyarənin düşdüyü yerdə axtarış aparılıb. Əməliyyat nəticəsində ekipaj üzvlərinin meyitləri tapılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button