Dünya

Rusiyada növbəti məktəbə silahlı hücumun qarşısı alınıb, saxlanılan var

Rusiyanın Krasnoyarsk diyarında məktəbə hücum hazırlayan gənc saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin TASS-a bildirib.
“Krasnoyarsk diyarında məktəbə hücumun qarşısı alınıb və oxşar hadisəni törətmək niyyətində olan gənc saxlanılıb”, – o deyib. İstintaq Komitəsinin sədri təfərrüatları açıqlamayıb.
O bildirib ki, son illər ərzində müxtəlif regionlarda təhsil müəssisələrinə 10-a yaxın hücum olub.
Xatırladaq ki, sentyabrın 20-də Perm Dövlət Universitetinin birinci kurs tələbəsi ali məktəbin korpuslarından birinin ərazisində həmkarlarına atəş açıb. Nəticədə 6 nəfər həlak olub, təxminən 40 nəfər xəsarət alıb. Faktla bağlı iki və daha çox şəxsin qətli ilə bağlı cinayət işi qaldırılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button