İqtisadiyyat

Rusiyada neft hasilatı 2026-cı ildən sonra sabitləşəcək

Rusiya 2026-cı ilədək yeni layihələrin başlaması və “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması çərçivəsində məhdudiyyətlərin başa çatması fonunda ortalama gündəlik neft və qaz kondensatı hasilatını 10,6 mln. bareldən 11,5 mln. barelədək artıra bilər.
Bu barədə “APA-Economics” OPEC-in “World Oil Outlook” (WOO) illik hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, 2026-cı ildən sonra ölkədə uzunmüddətli yüksək istehsal səviyyəsi proqnozlaşdırılır, lakin 2045-ci ildən istehsalın azalması başlayacaq. Belə ki, 2045-ci il üçün Rusiyada ortalama gündəlik neft və qaz kondensatın istehsalı 11,3 mln. barelə enəcək.
Bununla belə, OPEC-in proqnozuna görə, Rusiya 2030-cu ilədək neft və qaz kondensatın istehsalı üzrə rekord göstərici (gündəlik 11,6 mln. barel) nümayiş edə bilər. Ölkə artıq bu göstəriciyə 2019-cu ildə nail olub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button