Dünya

Rusiyada helikopter qəzaya uğrayıb

Rusiyada helikopter qəzaya uğrayıb.

APA-nın Rusiya bürosunun məlumatına görə, helikopter Udmurtiya respublikasında neft kəmərinə baxış keçirərkən qəzaya uğrayıb.

“Moskva vaxtı ilə saat 14:00 radələrində Udmurtiyanın Yakşur-Bodinski bölgəsində helikopterin qəzaya uğraması barədə məlumat daxil olub. Helikopter neft kəmərinə baxış keçirirmiş”, – mənbə bildirib.

Helikopter Kazandan havaya qalxıb. Hazırda onun mənsubiyyəti müəyyən edilir. Qəza yerinə xilasedicilər cəlb olunub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button