Mədəniyyət

Rusiyada Fərman Salmanova həsr olunan unikal sərgi açılıb

Rusiyanın Tümen şəhərində məşhur azərbaycanlı geoloq, Qərbi Sibirdə neft yataqlarını kəşf edən görkəmli elm xadimi, Sosialist Əməyi Qəhrəmanı Fərman Salamova həsr olunan sərgi açılıb.

APA-nın Rusiya bürosunun məlumatına görə, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (AMOR), Tümen şəhərinin “Dzerjinets” təşkilatı və “Həyata səyahət” uşaqlara və yeniyetmələrə dəstək Fondunun təşkilatçılığı ilə “İnşaatçı” Milli Mədəniyyət Sarayında keçirilən “Qara qızıl” adlanan sərgidə yüzlərlə uşaq rəsm əsərləri nümayiş olunub.

Tümen şəhərinin gənc rəssamları görkəmli azərbaycanlı geoloq Fərman Salamovun portretinin müxtəlif janrlarda əks olunduğu yüzdən çox yaradıcılıq işi təqdim ediblər.

Tümen vilayəti dumasının deputatları və şəhər rəhbərliyinin iştirakı ilə baş tutan sərginin təntənəli açılışından sonra qaliblərə mükafat və diplomlar təqdim edilib. Sərgi konsert proqramı və Fərman Salamanova həsr olunan “Sibir saqası” sənədli filminin nümayişi ilə davam etdirilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button