Dünya

Rusiyada dörd nəfər avtomobildə yanaraq ölüb

Rusiyanın Həştərxan vilayətində dörd nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Bu barədə “Report” Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
“KamAZ” markalı yük avtomobili “KİA Sportage” markalı minik avtomobili ilə toqquşub. Qəzadan sonra minik avtomobili alışaraq yanıb. Avtomobildə olan dörd nəfər isə yanaraq ölüb.
Ehtimal edilir ki, nəqliyyat vasitəsində iki qadın və iki azyaşlı olub. Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button