Dünya

Rusiyada daha bir ev yanıb, 4 nəfər ölüb

Rusiyanın Çuvaş Respublikasında evdə baş verən yanğın nəticəsində dörd nəfər ölüb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsinin region üzrə idarəsindən bildiriblər.
Məlumata görə, oktyabrın 29-dan 30-na keçən gecə Çuvaş Respublikanın Batırevsk rayonunun Almançikovo kəndində birmərtəbəli taxta ev yanıb. Yanğın söndürüldükdən sonra 4 nəfərin meyiti aşkarlanıb. Onlardan ikisi qadın, ikisi isə kişidir.
Qeyd edək ki, bu gün Rusiyanın Çukotka Muxtar Dairəsində evlərdən birində baş verən yanğın nəticəsində 4-ü uşaq olmaqla 6 nəfər ölüb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button