Dünya

Rusiyada COVID-19-dan yeni maksimum gündəlik ölüm qeydə alınıb

Rusiyada COVID-19 səbəbindən yeni maksimum gündəlik ölüm qeydə alınıb. Ötən gün ərzində bu səbəbdən 1106 nəfər ölüb. Bununla da, pandemiya ərzində ölənlərin sayı 232 775 nəfərə çatıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Koronavirusa qarşı mübarizə üzrə Operativ Qərargahı məlumat yayıb.
Bildirilib ki, son gün ərzində ölkənin 85 regionunda 36 446 nəfər koronavirus infeksiyasına yoluxub. Bununla da, pandemiya ərzində Rusiyada COVID-19-a yoluxanların sayı 8 316 019 nəfər təşkil edib. Hazırda yoluxmanın artım tempi 0,44% təşkil edir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button