Dünya

Rusiyada cəzaçəkmə müəssisəsində qaldırılan qiyamın qarşısı alınıb

Şimali Osetiyanın paytaxtı Vladikavkaz şəhərində yerləşən cəzaçəkmə müəssisəsində qaldırılan qiyamın qarşısı alınıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri 600 məhbusun olduğu 1 saylı koloniyada baş verən iğtişaşları yatırıb.
Şimali Osetiya ombudsmanı Tamerlan Tsqoyevin deyib ki, vəziyyət nəzarət altındadır, koloniya mühasirəyə alınıb.
Qeyd edək ki, hadisə Vladikavkazın Karabulakskaya küçəsi, 1 ünvanında yerləşən islah-əmək müəssisəsində baş verib.
Zərərçəkənlər haqqında məlumat dəqiqləşdirilir.
22:42
Şimali Osetiyanın paytaxtı Vladikavkaz şəhərində yerləşən cəzaçəkmə müəssisəsində qiyam qalxıb.
“Report” xəbər verir ki, bu barədə “TASS”a bölgənin hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Qeyd olunu ki, həbsxanada 200 məhbus qiyam qaldırıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button