Dünya

Rusiyada beş nəfər yol qəzasında ölüb

Rusiya Federasiyasının Tuva Respublikasında ağır yol qəzası baş verib.
“Report” xəbər verir ki, bu barədə Tuvanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
İçərisində beş nəfər olan “Niva” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.
Yol qəzası nəticəsində üçü qadın olmaqla dörd nəfər hadisə yerində keçinib. Yeniyetmə sərnişin qəzadan sonra xəstəxanaya çatdırılıb.
Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button