Siyasət

Rusiya XİN: “Türkiyə ilə təmasdayıq“

“Rusiya Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyəylə təmasdadır”.

Savash.org xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyə ilə əməkdaşlığımız müxtəlif istiqamətlərdə aparılır. Bu, həm siyasi-diplomatik təmaslar, həm də hərbçilərimiz aralarında olan təmaslardır. Sözsüz ki, əməkdaşlığın istiqamət vektoru dövlət başçılarımız tərəfindən verilir, hansılar ki, regiondakı vəziyyəti müntəzəm olaraq müzakirə edirlər”, – deyə Rusiya XİN rəsmisi vurğulayıb. (APA)



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button