Dünya

Rusiya Xəzərdən Odessaya hava zərbələri endirib – ölən və yaralananlar var

Rusiya hərbçilərinin Odessaya endirdiyi hava zərbəsi nəticəsində azı 5 nəfər ölüb, daha 18 nəfər yaralanıb.

“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.

O qeyd edib ki, yaralıların və ölənlərin sayı artacaq. Ölənlər arasında üç aylıq körpə də var.

Raketlər Rusiyanın TU-95 strateji aviasiya təyyarəsi tərəfindən Xəzər dənizindən buraxılıb. Ukrayna hərbçiləri Rusiyanın iki qanadlı raketini və iki operativ-taktiki PUA-nı vurub. Bununla belə, daha iki raket hərbi obyektə və iki yaşayış binasına düşüb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button