Dünya

Rusiya və Çin liderlərinin görüşünün gündəliyi açıqlanıb

Rusiya Prezidenti Vladimir Putinlə Çin Xalq Respublikasının Sədri Si Cinpinin gələn həftə Pekində keçiriləcək görüşünün gündəliyi açıqlanıb.

Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, görüşdə Rusiya ilə ABŞ arasındakı dialoq, təhlükəsizlik təminatları və Avropada strateji sabitlik məsələlərinə xüsusi diqqət yetiriləcək.

“Düşünürəm ki, bu dəfə beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi çox vaxt aparacaq”, – Rusiya XİN başçısı əlavə edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button