Dünya

“Rusiya Ukraynaya təcavüz etsə, ABŞ cavab verəcək” – ABŞ dövlət katibi

“Rusiya Ukraynaya qarşı aqressiv addımlar atacağı təqdirdə ABŞ ona cavab verməyə hazırdır”. Bunu ABŞ dövlət katibi Entoni Blinken mətbuata müsahibəsində deyib.

“Vəziyyəti həll etmək üçün diplomatik yol tapmaq şansı olarsa, bunu etməkdə qərarlıyıq, lakin Rusiya təcavüz edərsə, cavab verməli olacağıq”, – Blinken bildirib.

ABŞ dövlət katibi Rusiya ilə Ukrayna arasında müharibənin fəlakət olacağına da diqqət çəkib.

Diplomat, eyni zamanda, belə bir ssenarinin heç kimin maraqlarına cavab vermədiyini vurğulayıb.

“Əgər 3 milyona yaxın insanın yaşadığı Kiyevə hücum olarsa, bu, fəlakət olacaq. Ukraynalılar Rusiya hərbçilərini qucaq açaraq qarşılamayacaqlar. Təbii ki, bunun çox ciddi nəticələri olacaq”, – Blinken əlavə edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button