Dünya

Rusiya Ukraynanın sərt müqaviməti ilə üzləşir – Britaniya kəşfiyyatı

Ukrayna Silahlı Qüvvələri Kiyev şəhəri daxilində qeyri-müntəzəm Rusiya hərbçiləri ilə mübarizəni ardıcıl ikinci gecədə davam etdirib.

APA-nın xəbərinə görə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.

Əlavə olunub ki, Xarkovda gecə boyunca qarşılıqlı və intensiv raket zərbələrinin ardınca Rusiya və Ukrayna qüvvələri arasında ağır döyüşlər gedib.

“Rusiya qüvvələri müxtəlif cinahlardan Ukraynaya hücumu davam etdirirlər, lakin Ukrayna Silahlı Qüvvələrinin sərt müqaviməti ilə üzləşməyə davam edirlər”, – deyə məlumatda qeyd olunub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button