Siyasət

Rusiya şirkətləri azad edilmiş ərazilərin bərpasında iştirak üçün 14 müraciət edib – Səfir

Rusiya şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak etmək üçün 14 müraciət edib.

Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu şirkətlərin fəaliyyəti əsasən kənd təsərrüfatı, dəmiryol tikintisi, enerji obyektlərinin tikintisi və digər işlərdən ibarətdir.

“Hələlik, bu şirkətlərin müraciətlərinin Azərbaycan tərəfindən nə vaxt qəbul olunacağını deyə bilmərəm”, – səfir deyib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button