Siyasət

Rusiya Qarabağdan sülhməramlıları çıxarır? – təfsilat

Sosial şəbəkələrdə Qarabağdakı Rusiya sülhməramlılarının bir qisminin Laçın dəhlizi ilə Azərbaycan ərazisini tərk etdiyinə dair videokadrlar yayılıb.

Bu gün martın 9-da səhər saatlarında çəkildiyi bildirilən kadrlarda çoxsaylı “Tiqr” zirehli avtomobillərinin və hərbi yük avtomobillərinin Laçın dəhlizi ilə Ermənistan istiqamətində hərəkəti əks olunur. Belə iddialar var ki, Rusiya sülhməramlı kontingentinin bir hissəsi Ukraynaya göndərilmək üçün Qarabağdan çıxarılır.

Bundan əvvəl Rusiyanın separatçı Dnestryanı bölgədəki kontingentinin də bir hissəsini Ukraynaya yeritməyə hazırlaşdığı barədə məlumatlar yayılıb. Ukrayna kəşfiyyatı Dnestryanı bölgə ilə sərhəddə Rusiya hərbi kontingentinin cəmləşdiyini qeydə alıb, amma onların hələlik sərhədi keçmək hazırlıqları müşahidə olunmur.

Xatırladaq ki, Rusiyanın Azərbaycan ərazilərində yerləşdirdiyi sülhməramlı kontingent döyüş qabiliyyəti yüksək hesab edilən Ulyanovsk desant diviziyasının və Yekatrinbuqdakı elitar hərbi hissənin tərkibindən formalaşdırılıb. (virtualaz.org)

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button